Gəncədə evdə yanğın baş verib - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 01:11 30 İyun 2020

Gəncədə evdə yanğın baş verib - FOTO

Gəncədə fərdi yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əli Nəzmi küçəsində, 1962-ci il təvəllüdlü Xəlilova Sevda İsax qızına məxsus evdə qeydə alnıb.

Yanğın zamanı 35 kv/m sahəsi olan evin 30 kv/m sahəsi əşyalarla birlikdə yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və yanğınsöndürən texnikası cəlb olunub. Yanğının qarşısı alınıb. Qonşuluqda olan 80 kv/m sahəsi olan ev yanğından mühafizə olunub.

İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan qaynaqlanıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR