Gəncədə fəhlə torpaq uçqunu altında qalaraq ölüb - [color=red]YENİLƏNİB[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 21:10 02 Aprel 2019

Gəncədə fəhlə torpaq uçqunu altında qalaraq ölüb - YENİLƏNİB - VİDEO

Gəncədə dağıntılar altında qalaraq dünyasını dəyişən fəhlənin adı məlum olub.

ONA-nın yerli bürosunun məlumatına görə, bu, Göygöl rayonunun Hacıməlik kənd sakini, 51 yaşlı İlham İsgəndərovdur.

O, tikinti ərazisində sökülmüş mişar daşlarını toplayırmış.

                                                                             ***

Saat 20:45

Gəncə şəhərində fəhlə bədbəxt hadisə nəticəsində həyatını itirib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə "Dubay bazarı" adlanan ərazidə qeydə alınıb.

Bildirilir ki, həmin ərazidə gedən tikinti işləri zamanı fəhlələrdən biri dağıntılar altında qalaraq can verib.

Hazırda onun kimliyi və digər təfərrüatlar araşdırılır.

Fuad Nazimoğlu

Sərxan Kamallı

Teqlər: Gəncə fəhlə ölüm

OXŞAR XƏBƏRLƏR