Gəncədə iki minik avtomobilinin toqquşması nəticəsində azyaşlı xəsarət alıb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 22:28 06 İyun 2019

Gəncədə iki minik avtomobilinin toqquşması nəticəsində azyaşlı xəsarət alıb - FOTO

Gəncədə azyaşlının xəsarət alması ilə baş verən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, Arif Qaracəmillinin idarə etdiyi “Zaporojest” markalı minik maşını ilə Vidadi Abbasovun idarə etdiyi “Mersedes-ML” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində “Zaporojest”də olan azyaşlı sərnişin xəsarət alıb.

Yaralı Gəncədə yerləşən uşaq xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, avtomobillərdən biri dönmə əməliyyatını düzgün yerinə yetirməyib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Teqlər:

OXŞAR XƏBƏRLƏR