Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Abdullazadə Kənan Rasim oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən ata və oğulu vurub. Nəticədə 54 yaşlı Qəribov Səttar Əsgərəli oğlu dünyasını dəyişib. Onun oğlu, 1990-cı il təvəllüdlü Qəribov Anar Səttar oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Fuad Nazimoğlu