• HADİSƏ

    02:07 4 mart 2020

Gəncədə iki yeniyetmə tonqala düşərək xəsarət alıb

Gəncədə 14 yaşlı oğlan bayram tonqalına düşərək yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Mehdiyev Əli İlham oğlu ocağı yandırarkən ehtiyatsızlıqdan yanıb. 14 yaşlı oğlan dərhal xəstəxanaya çatdırılıb. Ona üzünün və əlinin 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir.

Digər hadisə isə şəhərin Mikayıl Hüseynov küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Abbasov Rəşad Rizvan oğlu tullanan zaman tonqala düşüb. O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və lazımi tibbi yardım olunub. Xəstəyə sağ yuxarı ətrafın 1-ci və 2-ci dərəcəli yanıq diaqnozu qoyulub, vəziyyətinin orta ağır olduğu bildirilir.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR