• HADİSƏ

    20:22 3 fevral 2020

Gəncədə institut binasında yanğın olub


Gəncə şəhərinin Şah İsmayl Xətai prospektində yanğın hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə həmin ünvanda yerləşən Azərbaycan Metrologiya İnstitutu Publik Hüquqi Şəxs Qərb Regional Ərazi İdarəsinin binasında baş verib.

Hadisə yerinə dərhal FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqilərində baş verən qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR