• HADİSƏ

    14:27 19 mart 2023

Gəncədə keçmiş əri tərəfindən bıçaqlanan qadın ölüb - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Züleyxa Şirinovanın bıçaq xəsarəti alaraq ölməsi barədə məlumat daxil olub.

Bu barədə ONA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Qeyd edilib ki, dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Ruslan Şirinov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Ruslan Şirinov mərhumun keçmiş həyat yoldaşıdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR