Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində yaşlı kişi tut yığarkən hündürlükdən yıxılıb.
ONA-nın yerli bürosunun məlumatına görə, ağacdan yıxılan 1969-cu il təvəllüdlü Rzayev Xatır yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Müxtəlif bədən xəsarətləri almış yaralı dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olduğundan Gəncə şəhər xəstəxanasından çıxarılaraq özəl klinikalarından birinə aparılıb.
Həkimlərin cəhdinə baxmayaraq kişi vəfat edib.