• HADİSƏ

    22:20 2 may 2019

Gəncədə market işçiləri sərxoş müştəri tərəfindən döyülüb

Gəncə şəhərində döyülmə hadisəsi baş verib. 3 nəfər market işçisi sərxoş şəxs tərəfindən döyülüb.

ONA-nın qərb bürosunun xəbərinə görə, hadisə Məhsəti qəsəbəsində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Tural Rəsulov, 1989-cu il təvəllüdlü Ceyran Əsgərova və 2003-cü il təvəllüdlü Firuzə Əsgərova marketə sərxoş halda daxil olan şəxs və ya şəxslər tərəfindən döyülüb. Zərərçəkmişlər hazırda xəstəxanadadır, onlara lazımi tibbi yardım göstərilib.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR