Gəncə şəhərində marketlərdən birində partlayış baş verib.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektində baş verib.
Hadisə nəticəsində marketdə çalışan 1987-ci il təvəllüdlü Məmmədov İman Namiq oğlu ağır yanıq xəsarətləri alıb. Onun üzünündən və əllərindən ağır xəsarət aldığı bildirilir.
Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.
Qeyd edək ki, hadisə qaz sızması nəticəsində baş verib. 32 yaşlı İ.Məmmədov həmin marketdə kürəçi işləyirmiş. Faktla bağlı araşdırma aparılır.