Gəncədə məişət tullantıları ərazisindən top mərmiləri aşkar olunub
  • HADİSƏ

  • 05:14 16 Yanvar 2020

Gəncədə məişət tullantıları ərazisindən top mərmiləri aşkar olunub

Gəncə şəhəri, “Kukla” teatrının yaxınlığında 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Ərazidə Gəncə çayının sağ sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əl arabasında 4 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar olunmuş, ətrafında 300 kv.m əraziyə yerüstü baxış zamanı məişət tullantıları ərazisindən daha 10 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR