• HADİSƏ

    19:05 24 may 2019

Gəncədə minik avtomobili su daşıyan maşınla toqquşub, xəsarət alanlar var - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Samir Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobil su daşıyan maşınla toqquşub. Nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini Məmmədov Aqil Salman oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR