• HADİSƏ

    18:50 5 aprel 2019

Gəncədə 35 yaşlı kişini qatar vurub öldürüb - YENİLƏNİB - VİDEO

Gəncədə qatarla vurulan şəxsin kimliyi məlum olub.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, araşdırmalar nəticəsində dünyasını dəyişən şəxsin şəhər sakini, 1984-cü il təvəllüdlü Sərdar Məhərrəm oğlu Rəsulov olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 18:23

Gəncə sakinini qatar vurub.

ONA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə Gəncə Dəmiryolu Vağzalı ərazisində qeydə alınıb. Qatar orta yaşlı kişini vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR