Gəncədə özünü bıçaqlayan 60 yaşlı İyəddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
ONA-nın xəbərinə görə, İ. Məmmədov xuliqanlıqda ittiham edilir. Onun cinayət işi baxılması üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.
Hakim Roman Ələkbərlinin sədrliyi ilə baxılacaq məhkəmənin hazırlıq iclası mayın 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə fevralın 5-də Gəncə şəhərində baş verib. Şəhər sakini 1969-cu il təvəllüdlü İyəddin Məmmədov bıçaqla özünə xəsarətlər yetirib.
Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan İ.Məmmədova ilkin tibbi yardım göstərilib. Onun həyatını xilas etmək mümkün olub. Məlumata görə, İ. Məmmədovun özünü bıçaqlamasına səbəb iki nəfərə qarşı xuliqanlıq etməsi və cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxması olub.