• HADİSƏ

    22:52 23 mart 2019

Gəncədə piyadanı avtomaşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

48 yaşlı Hikmət Muradov yolu keçmək istəyərkən avtomaşın onu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, H.Muradovun vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR