• HADİSƏ

    11:36 23 mart 2019

Gəncədə piyadanı maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. ONA-nın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 17 yaşlı Tural Nəsibovu “Mitsubishi” markalı 90-PZ-613 dövlət nömrə nişanlı avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxanadan ONA-ya bildirilib ki, gəncin vəziyyəti kafi olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR