Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində yeləşən yaşayış binalarının birində baş verib.
1992-ci il təvəllüdlü İbrahimova Lamiyə İsgəndər qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. 28 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.