• HADİSƏ

    19:40 7 may 2019

Gəncədə qadın qonşuları tərəfindən döyülüb

Gəncədə qadın döyülüb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Cavad Xan qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yaşan 51 yaşlı Dilbər Məmmədova döyülüb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Xəstənin yaxınlarının sözlərinə görə, qadın qonşuları ilə arasında yaranan mübahisə nəticəsində bir neçə nəfər tərəfindən döyülüb.

Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat axtarışlarına başlanıb. Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR