Gəncə şəhərində toyda bədbəxt hadisə baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən "Dan Ulduzu" restoranında qeydə alınıb.
Toy zamanı 1946-cı il təvəllüdlü Gülcahan Süleymanovanın halı qəfil pisləşib və qadın dünyasını dəyişib.
İlkin məlumata görə, yaşlı qadın ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.