• HADİSƏ

    17:56 16 may 2019

Gəncədə qadını maşın vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən gənc qadını Samux rayon sakini, 27 yaşlı Turqut Əlizadənin idarə etdiyi “Toyota” markalı minik maşını vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR