• HADİSƏ

    21:49 7 aprel 2019

Gəncədə "QAZel" yaşlı kişini vurub

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“QAZel” markalı mikroavtobus yolu keçən Nəriman Məmmədov adlı yaşlı kişini vurub.

Zərərçəkən şəhər xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR