• HADİSƏ

    20:16 26 oktyabr 2019

Gəncədə qəza törədərək qaçan sərxoş sürücü sonra avtomobili hasara çırpıb - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Poçt” qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel” markalı minik maşını “VAZ 2106” markalı minik maşınına çırpılıb. Daha sonra “Opel”in sürücüsü hadisə yerindən qaçıb.

Sürücü hadisə yerindən bir qədər aralıda idarəetməni itirərək avtomobili məktəbin hasarına çırpıb.

Qeyd edək ki, qəzaya düşən hər iki avtomobil yararsız hala düşüb. “VAZ 2106”-nın sürücüsü Məhərrəmov Telman xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə yerindən qaçan “Opel”in sürücüsü sükan arxasında sərxoş olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR