• HADİSƏ

    05:20 20 yanvar 2020

Gəncədə reyd zamanı 80-dən artıq sürücü barəsində tədbir görülüb - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsnin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları növbəti reydini keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, kütləvi reyd şəhərin bir neçə ərazisində, yəni Şah İmayl Xətai prospekti, Yeni Gəncə yaşayış massivi, Nizami Gəncəvi prospekti, Əziz Əliyev küçəsi və şəhərin Poçt qəsəbəsi adlanan ərazisində avtomobillərin sıx olduğu yerlərdə baş tutub. Reyd zamanı xeyli sayda yol hərəkəti qaydalarını pozan sürücülərə protokollar tərtib edilib.

Dövlət Yol Polisi Şöbəsinin rəis müavini Ramin Fətullayev APA bildirib ki, reydin keçirilməsində əsas məqsəd qayda pozan sürücüləri aşkar etmək və baş verə biləcək qəzaların qarşısını almaqdan ibarətdir. Yoxlamalar zamanı 83 qayda pozan sürücü aşkarlanıb. Bunların içərisndə sərxoş, kobud şəkildə qayda pozan və s. sürücülər də olub.

Avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, nəqliyyat vasitələrinin ön, arxa şüşələrinə qanunla icazə verilməyən pərdə vuran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü də polisin apardığı yoxlamalar zamanı saxlanılıb. Yol polisin apardığı yoxlamalar zamanı avtomobili sənədsiz idarə edən sürücülər də olub. Həmin sürücülər məsuliyyətdən yayınmağa çalışsalar da, onların barəsində qanun çərçivəsində tədbirlər görülüb.

Reydlər gecə saatlarınadək davam edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR