• HADİSƏ

    02:26 6 iyul 2019

Gəncədə sərxoş şəxs öz evinə od vurub - FOTO

Gəncə şəhərində yanğın baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə İsmət Qayıbov küçəsi, 3-cü dalan, 5-ci evdə qeydə alınıb. Mənzilin sahibi tərəfindən yandırıldığı bildirilir.

Belə ki, sərxoş vəziyyətdə olan Hüseynov Şahin Mircəfər oğlu öz evinə od vurub. Nəticədə üçotaqlı mənzil bütün əşyaları ilə birlikdə yanıb.

Əraziyə Kəpəz və Nizami rayonundan 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlər alovun qonşu binalara keçməsinin qarşısını alıblar.

Qeyd edək ki, bu, Ş.Hüseynovun ilk oxşar hadisəsi deyil. Sözügedən şəxs daha əvvəl də bir neçə dəfə sərxoş vəziyyətdə evdə yanğın törədib.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR