• HADİSƏ

    21:26 16 fevral 2020

Gəncədə sürücü sükan arxasında ürəktutması keçirərək ölüb

Gəncədə ölüm faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacıkənd qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Mustafayev Cəlal Hilal oğlu idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən ürəktutması keçirib. Bu zaman minik maşını yoldan çıxaraq kənardakı hasara çırpılıb. Nəticədə sürücü dünyasını dəyişib.

Müyainə zamanı məlum olub ki, sürücü qəza nəticəsində deyil, ürəktutması nəticəsində keçinib. C.Mustafayevin meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Qeyd edək ki, hadisə zamanı sürücünün həyat yoldaşı da yanında olub.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR