• HADİSƏ

    02:10 27 avqust 2019

Gəncədə taxta bazarında baş vermiş yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-1

Gəncənin Kəpəz rayonunda yerləşən taxta bazarında baş vermiş yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hazırda ərazidə soyutma işləri aparır.

Yanğın nəticəsində dəymiş ziyan, həmçinin alovun əhatə etdiyi ərazi dəqiqləşdirilir.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.

***

Saat 01:55

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş vermiş yanğınla bağlı ilkin məlumat yayıb.

APA nazirliyin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğının qeydə alındığı ərazidə plastik qapı-pəncərə sexi, taxta məmulatları sexi və avtomobil ehtiyat hissələri mağazası da yerləşir. Hazırda müşahidə olunan külək yanğının söndürülməsində çətinliklər yaradır.

***

Saat 01:28

Gəncə şəhərində güclü yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Cavadxan qəsəbəsində yerləşən "Daşqın inşaat" adlı taxta bazarında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin çoxlu sayda yanğınsöndürən maşınları, canlı qüvvəsi və xilasedicilər, eləcə də təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR