• HADİSƏ

    09:21 25 aprel 2019

Gəncədə toyda bıçaqlanma olub

Gəncədə bıçaqlanma olub.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə keçirilən toy məclislərindən birində qeydə alınıb.

Şəhər sakini 41 yaşlı Araz Əliyev münaqişə zəminində bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir. Araz Əliyevi bıçaqlayan şəxsin 35 yaşlı Vüsal Zeynalov olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR