Gəncədə usta ehtiyatsızlıqdan ağır xəsarət alıb
  • HADİSƏ

  • 22:51 28 May 2019

Gəncədə usta ehtiyatsızlıqdan ağır xəsarət alıb

Gəncədə usta işlədiyi evdə yıxılıb.

ONA-nın yerli bürsonun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Belə ki, Şəmkir rayonunun Keçili kənd sakini, 25 yaşlı Taleh Valehi işlədiyi evdə pəncərə şüşəsinin üstünə düşüb. Nəticədə onun sağ qolu kəsilib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan T.Valehinin vəziyyətinin hazırda kafi olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR