• HADİSƏ

    19:08 24 fevral 2019

Gəncədə usta mişarla ayağını kəsib

Gəncədə usta ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

ONA-nın Qərb bürosunun məlumatına görə, şəhər sakini İmamqulu Quliyev evində iş görən zaman elektrik mişarı ilə ayağını kəsib. Yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan ONA-ya verilən məlumata görə, yaralı əməliyyat olunub, onun həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR