• HADİSƏ

    12:07 4 may 2019

Gəncədə 83 yaşlı kişi intihar edib - VİDEO

Gəncədə 83 yaşlı kişi intihar edib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan Əhməd Qarayev adlı 83 yaşlı kişi evində özünü asıb. Qonşuların dediyinə görə, 1 ilə yaxındır, oğlu Rusiyada dünyasını dəyişən Ə. Qarayev bununla əlaqədar stress keçirib, oğlunun ölməsinə dözə bilməyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR