• HADİSƏ

    22:16 5 iyun 2019

Gəncədə yeniyetmə 9-cu mərtəbədən yıxılaraq ölüb - FOTO

Gəncə şəhərində bədbəxt hadisə baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, 9-cu sinif şagirdi olan Vaqif adlı yeniyetmə doqquzmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılaraq həyatını itirib.

Bildirilir ki, hadisə Abbas Səhhət küçəsində qeydə alınıb. Yeniyetmənin ehtiyatsızlıq səbəbindən yıxıldığı deyilir.

Fakt şəhər Prokurorluğu tərəfindən araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR