• HADİSƏ

    23:37 20 mart 2019

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib

Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

ONA-nın qərb bürosun məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb.

Yolu keçmək istəyən şəhər sakini 43 yaşlı Asif İsmaylov Rus Federasiyası dövlət nömrə nişanlı “VAZ 21015” markalı maşın tərəfindən vurlub.

Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR