• HADİSƏ

    08:30 25 oktyabr 2019

Gəncədə yol qəzasında sürücü ağır xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı minik maşını toqquşub. Qəza zamanı “VAZ”-ın sürücüsü, 1948-ci il təvəllüdlü Quliyev Musa Əvəz oğlu ağır xəsarət alaraq xəstəxanaya yerldəşdirilib.

Onun vəziyyətin ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır

Fuad

Teqlər:

SON XƏBƏRLƏR