Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
ONA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 10 yaşlı Renat Namazov yolu keçən zaman onu avtomobil vurub.
Yaralı dərhal uşaq xəstəxanasına, oradan da Gəncədə yerləşən özəl klinikaların birinə aparılıb. Uşağın vəziyyətinin hazırda kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.