• HADİSƏ

    10:11 25 fevral 2019

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

ONA-nın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Yolu keçmək istəyən şəhər sakini, 36 yaşlı Məmməd Pirivediyevi avtomobil vurub. Yaralı dərhal Gəncə şəhər Təcilli Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan ONA-ya verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR