• HADİSƏ

    11:29 24 aprel 2019

Gəncədə yolu keçmək istəyən yeniyetməni maşın vurub

Gəncədə 15 yaşlı oğlanı maşın vurub.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb. “VAZ-2103” markalı maşın yolu keçmək istəyən, 15 yaşlı Elvin Fərzəliyevi vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR