• HADİSƏ

    14:14 15 aprel 2019

Gəncədə yolu keçmək istəyən gənc qızı avtomobil vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 27 yaşlı Ədilova Günay Əliağa qızını "VAZ 2107" markalı avtomobil vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya aparılıb.

Onun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Fuad Hüseynov

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR