• HADİSƏ

    20:33 9 may 2019

Gəncədə yolun çökməsi nəticəsində yük maşını çuxura düşüb, sürücü xəsarət alıb

Gəncə şəhərinin mərkəzi küçəsində bədbəxt hadisə baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin Nəriman Nərimanov prospektində kanalizasiya sisteminin bərpası ilə bağlı aparılan iş zamanı yol çöküb.

“Shacman” markalı yük maşını yolun çökməsi nəticəsində yaranmış çuxura düşüb. Yük maşınının sürücüsü 1987-ci il təvəllüdlü Heydərov Xaliq Süleyman oğlu xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR