• HADİSƏ

    20:29 7 iyun 2019

Gəncədə yük maşını qəza törədib - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın qərb bürosunun xəbərinə görə, şəhərin qərb çıxışında baş vermiş hadisə zamanı yük maşını qəzaya uğrayıb.

Belə ki, Şirvan sakini Elvin Quluzadənin idarə etdiyi "Volvo" markalı qoşqulu yük maşını idarəetmədən çıxaraq yol təsərrüafatına ziyan vurub.

İlkin ehtimala görə, hadisəyə havanın yağmurlu keçməsi səbəb olub.

Qəzanın səbəbləri araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR