• HADİSƏ

    22:57 16 iyul 2019

Gəncədə zəncirvari yol qəzası olub - FOTO


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb.

Belə ki hərəkətədə olan iki “Mercedes” maraklı minik maşını və “VAZ 2106” markalı avtomobil toquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Fuad

Teqlər:

SON XƏBƏRLƏR