“Hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin həkim-psixoloq briqadası Gəncə şəhərinə ezam edilib”.
APA-nın məlumatına görə, bunu Gəncədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov bildirib.
Onun sözlərinə görə, paralel olaraq, Gəncə şəhərinə hücumlar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə FHN-in xüsusi komissiyası işləyir: “Yerli icra hakimiyyəti orqanları ilə birlikdə binalarda yaşayan əhalinin siyahısı dəqiqləşdirilib. Dağıntılar altında insanların qalmadığına əmin olunub”.