• HADİSƏ

    16:56 28 may 2019

Gəncəyə sel gəlib - FOTOSESSİYA - VİDEO

Azərbaycanın qərb bölgəsində bir saatdan çoxdur güclü yağış başlayıb.

ONA-nın qərb bürosunun xəbərinə görə, ölkənin ikinci böyük şəhəri olan Gəncədə də iki saata yaxındır leysan yağır.

Güclü yağışlar nəticəsində şəhərin bəzi ərazilərinin elektrik təchizatında problem yaranıb, daha çox Nizami rayonunda nəqliyyatın hərəkətində çətinliklər meydana gəlib, həyətləri su basıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Həyətlərdən suyun təmizlənməsi istiqamətində işlər aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR