• HADİSƏ

    11:39 9 mart 2019

Gürcüstandan Azərbaycana külli miqdarda mobil telefon gətirilməsinin qarşısı alınıb

Gömrük postunda qanun pozuntusuna yol verən şəxslər saxlanılıb.

Dövlət Gömrük Komitəsindən ONA-ya verilən məlumata görə, Azərbaycanla Gürcüstan arasında yerləşən ərazidə iki Azərbaycan Respublikası vətəndaşı tərəfindən kommersiya məqsədləri üçün gətirilən mobil telefonların müxtəlif şəxslərə paylanılaraq ölkə ərazisinə keçirilməsi qeydə alınıb.

Baş verən qanun pozuntusunun qarşısını almaq məqsədilə həmin şəxslər gömrükçülər tərəfindən qeyd olunan ərazidə saxlanılıblar. Bu zaman məlum olub ki, vətəndaşlar 2 ədəd "Sony" markalı "PlayStation 4", 123 ədəd "Mi 8 Lite" markalı mobil telefon, 10 ədəd "İphone 8" və 1 ədəd "İphone X" markalı mobil telefona aid qutuları başqa şəxslərə paylamaqla ölkə ərazisinə şəxsi istehlak miqdarı adı altında keçirməyə cəhd göstəriblər.

Yuxarıda sadalanan məhsullar gömrükçülər tərəfindən saxlanılaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postuna gətirilib. Saxlanılan zaman vətəndaşlar tərəfindən qeyd olunan mallara dair heç bir sənəd təqdim olunmayıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR