Gömrükdə xüsusi üsulla gizlədilmiş 200 telefon və aksessuar aşkarlanıb
  • HADİSƏ

  • 15:23 01 Mart 2019

Gömrükdə xüsusi üsulla gizlədilmiş 200 telefon və aksessuar aşkarlanıb

Gömrük postunda xüsusi üsulla gizlədilmiş 200-ə yaxın telefon və aksessuar aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən ONA-ya verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-211440" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zamanı, nəqliyyat vasitəsinin salonunda sağ ön oturacağın ayaqaltısının alt hissəsində xüsusi düzəldilmiş saxlanc yerində, eləcə də arxa təkərlərində gizlədilmiş 9 ədəd üzərində "X-innova" yazısı olan, 44 ədəd üzərində "Kgtel" yazısı olan, 15 ədəd üzərində "Adscn" yazısı olan mobil telefonlar, 135 ədəd qidalandırıcı və mobil telefon üçün 135 ədəd qutu aşkarlanıb.

Orxan Məmmədli

Teqlər:

OXŞAR XƏBƏRLƏR