Gömrükdə aksiz markası olmayan külli miqdarda siqaret aşkarlanıb
  • HADİSƏ

  • 15:47 10 Aprel 2019

Gömrükdə aksiz markası olmayan külli miqdarda siqaret aşkarlanıb

Gömrükdə 18 800 ədəd "King" markalı siqaret aşkarlanıb.

ONA Dövlət Gömrük Komitəsinə(DGK) istinadən xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə "VAZ-21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olduğu barədə məlumat daxil olub və məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil nəzarətə götürülüb.

Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik maşını Qazax - Gəncə istiqamətində hərəkət edən zaman saxlanılıb və gömrük baxışı keçirilməsi üçün "Tovuz" gömrük postunun inzibati binasının həyətinə aparılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18 800 ədəd "King" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR