• HADİSƏ

    12:23 8 aprel 2019

Daxili orqanlarında narkotik keçirən şəxslər saxlanılıb

Biləsuvarda daxili orqanlarında narkotik keçirməyə cəhd edən şəxslər saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Biləsuvar rayonunda gömrük postunda İran İslam Respublikasından gələn iki nəfər Azərbaycan Respublikasının vətəndaşı gömrük postunda saxlanılıb.

Sorğu-sual zamanı vətəndaşlar üzərlərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildiriblər. Şəxsi yoxlama zamanı onların üzərindən qanunla qadağan olunan hər hansı predmet aşkar edilməsə də, hərəkətləri şübhə yaratdığından vətəndaşların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb və Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində xanım vətəndaşlardan birinin daxili bədən boşluğundan 2 ədəd selofan bükümdə ümumi xalis çəkisi 140,388 qram, digərindən isə 2 ədəd bükümdə ümumi xalis çəkisi 117,339 qram olan narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR