• HADİSƏ

    13:00 18 mart 2019

Yük maşınından 900 mindən çox pirotexniki vasitə aşkarlanıb

Gömrükdə 900 mindən çox pirotexniki vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Mercedes-Benz 408" markalı yük avtomobilinin arxa yük yerində Azərbaycan vətəndaşına məxsus müxtəlif markalı 912989 ədəd pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR