Goranboy sakini ehtiyatsızlıqdan tüfənglə özünə xəsarət yetirib. ONA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Muzdular kəndində qeydə alıb. Kənd sakini 39 yaşlı Emin Cəlilov yaşadığı evdə ov tüfəngi ilə özünə atəş açıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olub. Vəziyyəti kafidir.
Fakta bağlı araşdırma aparılır.
Fuad Hüseynov