Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xoylu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Süleymanov Əli Şahin oğlu yolu keçmək istəyən zaman “Priora” markalı minik avtomobili tərəfindən vurulub.
Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, orada dünyasını dəyişib.
Faktla bağlı Goranboy Polis şöbəsində araşdırma aparılır.