• HADİSƏ

    08:17 22 mart 2019

Goranboyda baş vermiş ağır yol qəzasında ölənlərdən birinin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Goranboyda minik maşınının yük maşınına çırpılması nəticəsində yanaraq ölən şəxslərdən birinin kimliyi müəyyən edilib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, bu, "Ford" markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Zəminə Mustafayevadır.

Dünyasını dəyişən sərnişinin şəxsiyyəti isə hələlik məlum deyil.

***

Saat 01:32

Goranboyda minik maşını yük maşını ilə toqquşub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Borsunlu kəndi yaxınlığında baş verib.

İlkin məlumata görə “Ford” markalı minik maşını “Mercedes” markalı yük maşını ilə toqquşub. Qəzadan sonra yanğın baş verib. Yanğın nəticəsində minik maşınında olan sürücü və bir sərnişin köməksiz vəziyyətdə qaldığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. Yanaraq dünyasını dəyişən sürücü ilə sərnişinin şəxsiyyəti dəqiqləşdirilir.

Ehtiram Muradov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR